Qazaxıstanda silah anbarları yanıb
21 Mart 2009 Şənbə 15:50
Hadisə nəticəsində 3 nəfər ölüb,17 nəfər yaralanıb

 

Ötən gecə Qazaxıstan Respublikasının Cənubi Qazaxıstan vilayətində yerləşən ölkənin ən iri silah -sursat anbarlarından birində yanğın baş verib. Hadisə baş verən "Kazarsenal" anbar Arıs şəhərinin yaxınlığında yerləşir. Yanğın zamanı 3 nəfər ölüb,17 nəfərin isə yaralandığı bildirilir. Yaralıların əksəriyyəti ağır dərəcəli xəsarətlər alıblar. Hadisə zamanı anbarda olan 2 nəfər itkin düşmüş hesab olunur. Onların axtarışları davam etdirilir. Yaxınlıqda yaşayan əhali dərhal evuakassiya edilib.

Qazaxıstanın Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə yerli vaxtla təqribən 21:00-radələrində baş verib. Yaranmış alov qısa bir müddət ərzində bütün anbarı cənginə alıb, daha sonra partlayışlar baş verib. Nəticədə isə yanğın anbara qonşu olan digər tikililərə də keçib. Yanğının qarşısının alınmasına  7 saatdan çox vaxt sərf edilib. Hadisə yerinə 22 ədəd yanğınsöndürən maşın və 195 nəfər əməkdaş cəlb edilib. Təqribən 336 kvadrat metr ərazi yanıb. Hazırda isə yanğının baş vermə səbəbləri araşdırılır./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar