Qazaxıstanda sabah matəm olacaq
30 Yanvar 2013 Çərşənbə 10:48
Təyyarə qəzasının qurbanlarının xatirəsi anılacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatı şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında ölənlərin xatirəsinə yanvarın 31-ni milli matəm günü elan edib.

Xatırladaq ki, dünən səhər saatlarında Kokşetaudan Almatıya uçan "Challenger-200" sərnişin təyyarəsi Almatı hava limanına 5 kilometr məsafə qalmış qəzaya uğrayıb. Göyərtədə olan 5-i ekipaj üzvü, 16-sı da sərnişin olmaqla, 21 nəfərin hamısı həlak olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar