Qazaxıstanda KTMT-nin təlimləri keçiriləcək
18 İyul 2009 Şənbə 18:15
Təlimləri izləmək üçün Rusiya prezidenti Dmitri Medvedev Astanaya dəvət edilib

 

Bu ilin avqustunda Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv əməliyyat qüvvələrinin birgə təlimləri keçiriləcək. Təlimləri izləmək üçün Rusiya prezidenti Dmitri Medvedev Qazaxıstandan rəsmi dəvət alıb.

Bunu Moskvada Rusiya prezidentinin mükafatı uğrunda cıdır yarışlarında iştirak edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Dmitri Medvedevlə görüşdə deyib.

Öz növbəsində Dmitri Medvedev MDB və Kollektiv Təhlükəsizlik Təşkilatının liderlərinin bu il Moldova və Qırğızıstanda görüşəcəyini vurğulayıb. Onun sözlərinə görə, görüşlər çərçivəsində ölkə liderləri beynəlxalq əhəmiyyət doğuran məsələləri müzakirə etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki,Rusiya-Qazaxıstan prezidentlərinin görüşündə həmçinin MDB daxilində yaradılacaq gömrük birliyi məsələsinə də toxunulub. Rusiya prezidenti 2010-cu ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq Rusiya-Qazaxıstan gömrük birliyinə gələcəkdə MDB-nin digər ölkələrinin də qoşulacağına əminliyini ifadə edib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar