Qazaxıstanda investorlar 10 illik vergidən azad oldular
04 May 2014 Bazar 16:17
Nazarbayev bu addımı ilə investorlar üçün maksimal əlverişli şərait yaratmaq niyyətində olduğunu bildirib.
Qazaxıstan investorları 10 illlik korporativ gəlir vergisinin ödənişindən azad edəcəklər.
ANS PRESS-in məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Asiya inkişaf bankının 47-ci illik iclasının açılışında bəyan edib.
Nazarbayev bu addımı ilə investorlar üçün maksimal əlverişli şərait yaratmaq niyyətində olduğunu bildirib: "Bu məqsədlə bu il biz "İnvestisiya qanunvericiliyinin təkmilləşdirilməsi haqqında" yeni qanunu qəbul edəcəyik. Biz 10 ildə korporativ gəlir vergisinin ödənişindən investorları azad etməyi, investisiya maddi yardımlarını daxil etməyi, sabit qanunvericiliyi və tariflərin proqnozlaşdırılmasını təmin etməyi, xarici iş qüvvəsinin idxalını sadələşdirməyi planlaşdırırıq".
Qazaxıstan prezidenti investorlarla işin bir pəncərə prinsipi üzrə həyata keçiriləcəyini qeyd edib.
DOSTLARINLA PAYLAŞ: