Qazaxıstanda fövqəladə vəziyyət uzadılıb
04 Yanvar 2012 Çərşənbə 12:29
Janaozen şəhərində fövqəladə vəziyyətin uzadılması ilə bağlı prezident fərman imzalayıb.
Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində dekabrın 17-də elan edilmiş fövqəladə vəziyyətin müddəti yanvarın 31-dək uzadılıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu barədə fərman imzalayıb.
Xatırladaq ki, Janaozendə fövqəladə vəziyyət şəhərdə neftçilərin tətil etdiyi vaxt başlayan iğtişaşlarla əlaqədar elan edilmişdi. Dekabrın 16-da kütləvi iğtişaşlar nəticəsində 16 nəfər ölmüş, onlarla adam xəsarət almışdı.
DOSTLARINLA PAYLAŞ: