Qazaxıstan təyyarə istehsal edəcək
23 Avqust 2010 Bazar Ertəsi 13:15
Qazaxıstanın Karaqanda vilayətində aviasiya zavodunun tikintisinə başlanılıb.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə ölkənin Nəqliyyat və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Zavodun tikintisini 2011-ci ildə yekunlaşdırmaq nəzərdə tutulur. Burada 125 yeni iş yeri açılacaq. 2012-ci ildə isə zavod “Fermer-2” və “Fermer-500” tipli 50 təyyarə buraxmalıdır.
Qeyd edək ki, 145-200 min dollar dəyəri olan “Fermer” təyyarələri əsasən kənd təsərrüfatında istifadə edilir. APA
DOSTLARINLA PAYLAŞ: