Qazaxıstan səfiri: “Janaozendə vəziyyət sabitləşib”
21 Dekabr 2011 Çərşənbə 15:42
Janaozendə vəziyyət sabitləşib.
“Hazırda Janaozen şəhərində sakitlikdir. Vəziyyət sabitləşib və indi əmək mübahisələrinə baxılır”. Bunu APA-ya açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib. Səfir bildirib ki, xuliqanlıq edən gənclər neftçilərin narazılığından sui-istifadə edib: “Hazırda bu hadisələrlə bağlı araşdırma aparılır, əmək mübahisələrinə baxılır. Bütün bu məsələlər sivil qaydada həll olunmalıdır. Etiraz etmək olar, lakin bu cür yox”.

Xatırladaq ki, dekabrın 16-da Janaozendə baş verən kütləvi iğtişaş zamanı 14 nəfər ölüb. Şəhərdə fövqəladə vəziyyət və komendant saatı elan olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar