Qazaxıstan prezidenti Nursultan Nazarbayev 29 avqust gününü beynəlxalq nüvə silahından imtina günü kimi elan edilməsini təklif edir. ANS PRESS-in “RİA Novosti”ya istinadən verdiyi xəbərə görə, Nazarbayev Semipalatinskdəki mitinqdə çıxış edərkən belə deyib.
"Biz qazaxstanlılar təklif edirik ki, 29 avqust Ümümdünya nüvə silahından imtina günü elan edilsin. 18 il əvvəl məhz avqustun 29-da nüvə poliqonunun bağlanması haqda qərar vermişəm. Bundan sonra hamınızı nüvəsiz həyat yaşamağa çağırıram”, - deyə o vurğulayıb.
Nazarbayev onu da qeyd edib ki, o bu məsələni BMT-nin müzakirəsinə təqdim edəcək.
“Yalnız birgə səylərimizlə nüvəsiz dünya qurmaq istiqamətində cəsarətli addımlar ata bilərik”,- deyə o bildirib.
ANSPRESS