Qazaxıstan ordusu öz gücünü göstərdi
30 Avqust 2011 Çərşənbə Axşamı 20:24
Astanada hərbi parad keçirilib.
Astanada ölkənin əsas meydanında, “Qazax eli” abidəsi önündə hərbi parad keçirilib. Paradı ölkə prezidenti, Qazaxıstan Silahlı Qüvvələrinin ali baş komandanı Nursultan Nazarbayev qəbul edib.

Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov bildirib ki, bu gün ölkəsi üçün çox önəmli gündür: “Ölkədə həm konstitusiya, həm də müstəqillik günü qeyd olunur. Bu münasibətilə hərbi paradın keçirilməsi vacib əhəmiyyət kəsb edir. Bu gün bizim ordu hərbi gücünü nümayiş etdirdi”.

Sonra hərbi birləşmələr təntənəli keçidlə tribunanın qarşısından keçib. Bu paradı əvvəlkilərdən fərqləndirən cəhətlər də az olmayıb. Nursultan Nazarbayevin qərarı ilə bu gündən bütün hərbçilər yeni geyim formasına keçiblər. Qazaxstanda ilk dəfə olaraq snayperlər paradda keçid edib. Onların ardınca quru qoşunların ən müasir silah və avadanlıqla təchiz edilmiş dağ-motoatıcı briqadasının hərbçiləri ilk dəfə parada qatılaraq tribunanın önündən keçib. Paradda bütün hərbi birləşmələrin, ümumilikdə 28 növ hərbi dəstənin ən yaxşı və fəaliyyətlərində yüksək peşakarlıqda fərqlənmiş 2500-ə qədər hərbi qulluqçu iştirak edib. Bundan başqa 130-dan artıq hərbi texnika və 60-a yaxın təyyarə və helikopterlərin nümayişi keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar