Qazaxıstan Konstitusiya Şurasından referendumla bağlı sərt qərar
31 Yanvar 2011 Bazar Ertəsi 11:05
Şura parlamentin əsas qanununa müvafiq düzəlişləri qəbul etməyib.
Qazaxıstanın Konstitusiya Şurası hazırki ölkə prezidenti Nursultan Nazarbayevin səlahiyyət müddətinin uzadılmasına dair parlamentin referendumun təyin edilməsi ilə bağlı əsas qanuna qəbul etdiyi düzəlişləri konstitusiyaya uyğun hesab etməyib. ANS PRESS-in “İtar-Tass”a istinadən verdiyi xəbərə görə, qərarı bu gün Konstitusiya Şurasının sədri İqor Roqov açıqlayıb. Onun sözlərinə görə, “qərar formulların dəqiq olmaması səbəbindən qəbul olunub”.
Xatırladaq ki, Qazaxıstanda 2012-ci ildə keçiriləcək prezident seçkisinin əvəzinə ölkə başçısının səlahiyyətlərinin 2020-ci il 6 dekabr tarixinədək uzadılması üzrə referendumun keçirilməsini təklif edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: