Qazaxıstan ATƏT-in sədri oldu
01 Yanvar 2010 Cümə 11:50
Qazaxıstan ATƏT-ə sədrlik edəcək ilk postsovet ölkəsidir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik 1 yanvar 2010-cu il tarixindən etibarət Qazaxıstana keçib. Bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb. Ötən günədək ATƏT-ə sədrliyi Yunanıstan həyata keçirirdi.

Qazaxıstan ATƏT-ə sədrlik hüququ qazanan ilk Orta Asiya ölkəsidir. Bundan başqa, o, bu rolu həyata keçirəcək ilk postsovet respublikasıdır. Qazaxıstanın xarici işlər naziri və dövlət katibi Kanat Saudabayev bildirib ki, ölkəsi “Vankuverdən Vladivostokadək” təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün səy göstərəcək. O, özünün yunan sələfi Georgios Papandreuya ATƏT-in sədri postunda yüksək səviyyəlir fəaliyyətinə görə minnətdarlıq edib.

Yanvarın 14-də ATƏT-in Daimi Şurasının toplantısı keçirilməlidir. Beynəljadq təşkilatın rəhbərliyi Vyanada toplaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar