Qazaxıstada gəmimiz saxlanılıb.
28 Fevral 2009 Şənbə 13:57
Qazaxıstanın ərazi sularında Azərbaycana məxsus daha bir gəmi saxlanılıb. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, fevralın 27-də Kumaktı burnu yaxınlığında pro
Manqıstau vilayətinin su polisi idarəsinin baş müstəntiqi Zinur Karajanovun sözlərinə görə, gəmi qeyri-qanuni balıq ovu ilə məşğul olurmuş. Z. Karajanov gəmi heyətinin saxlanıldığını da söyləyib. Onun sözlərinə görə, gəmidə olan 8 nəfərlik heyət üzvlərinin hamısı Azərbaycanın Neftçala rayonunun sakinləridir. Gəmidə 500 kq nərə, 100 kq artıq siyənək balığı, balıqçılıqda istifadəsi qadağan olan alətlər aşkarlanıb.
Faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 287-ci maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, fevralın 25-də də Qazaxıstanda daha bir Azərbaycan gəmisi saxlanılıb. “YURD-225” balıqçı gəmisində olan 8 nəfərlik heyət üzvlərinin də hamısı Azərbaycanı vətəndaşlarıdır.
DOSTLARINLA PAYLAŞ: