İlkin məlumata görə, qatarın qəzasına səbəb relslərin üzərinə düşmüş daş olub.
Fransa Alpında qatarın relsdən çıxması nəticəsində ən azı iki nəfər dünyasını dəyişib. ANS PRESS “BBC”yə istinadən bildirir ki, daha bir neçə adam yaralanıb.
Yanğınsöndürənlərin məlumatına görə, iki vaqondan ibarət qatar Nissadan Din-le-Ben şəhərinə gedirmiş. Birinci vaqon dəmir yolu xəttindən kənara çıxıb.
İlkin məlumata görə, qatarın qəzasına səbəb relslərin üzərinə düşmüş daş olub. Hadisə yerində xilasedicilər işləyir.