Həddindən artıq yüksək sürət səbəbiylə qəza törətdiyi deyilən qatarda 32 nəfər yaralanıb.
ABŞ-da şəhərətrafı qatarlardan biri relsdən çıxaraq qəza törədib.
ANS PRESS-in xəbərinə görə, Çikaqodakı "O'Hare" beynəlxalq hava limanına sərnişin daşıyan 8 vaqonlu qatar sonuncu stansiyada dayandırılarkən relsdən çıxıb və eskalatora dirənərək dayanıb.
Həddindən artıq yüksək sürət səbəbiylə qəza törətdiyi deyilən qatarda 32 nəfər yaralanıb. Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılar arasında xoşbəxtlikdən vəziyyəti ağır olan yoxdur.
Qazadan sonra ABŞ-ın ən işlək hava limanlarından biri hesab edilən "O'Hare"yə şəhərətrafı səfərlər müvəqqəti olaraq dayandırılıb.