Qasırğa Böyük Britaniyanı alt-üst etdi
04 Yanvar 2012 Çərşənbə 12:21
1 nəfər aşan ağacın altında qalaraq ölüb.
Böyük Britaniyada güclü qasırğa baş verib. Külək ağacları kökündən çıxarıb, evlərin damlarını uçurub, ağırtonnajlı yük maşınlarını belə aşırıb. İngiltərənin Kent qraflığında 1 nəfər aşan ağacın altında qalaraq ölüb. Küləyin sürəti saatda 164 kilometrə çatıb. Qasırğadan ölkənin şimal regionları, əsasən də Şotlandiya, eləcə də İngiltərənin Kent və Sarrey kimi cənub qraflıqları zərər çəkib. Güclü külək elektrik enerjisi naqillərinə də ciddi ziyan vurub, 100 mindən çox ev işıqsız qalıb.

Qasırğa leysan yağışla müşayiət olunduğundan, hökumət daşqın təhlükəsi barədə xəbərdarlıq edib, əksər körpülərin üzərində hərəkət dayandırılıb. Bir müddət su nəqliyyatı da işləməyib. Qlazqo, Edinburq və Londonun hava limanlarında sərnişinlər reyslərin gecikməsi yaxud təxirə salınması ilə üzləşiblər. Böyük Britaniyanın şimalı ilə cənubu arasında dəmiryol nəqliyyatı da bir neçə saat iflic olub. Hazırda qasırğanın nəticələri aradan qaldırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar