Qasırğa bir kəndi yox etdi
21 Sentyabr 2013 Şənbə 10:32
Torpaq sürüşməsi zamanı sağ qalanların axtarışı aparılır.
Meksikanın cənubunda yerləşən La Pintada bölgəsində "Manuel" tropik qasırğasının fəsadları aradan qaldırılır. Qasırğa bir kəndin torpaq altında qalmasına səbəb olub. Kəndin 800 sakinindən 67-si torpaq sürüşməsi nəticəsində həlak olub, daha 2 nəfər isə itkin hesab edilir. Onların axtarışı üçün digər bölgələrdən xilasedicilər cəlb edilib. La Pintadada onlarla ev palçıq altında qaldığı üçün, ölənlərin sayının artacağı istisna edilmir.

Akapulko şəhərinin yaxınlığında yerləşən La Pintada həm "Manuel", həm də "İnqrid" qasırğasına məruz qalaraq viran olan yeganə bölgədir. Ötən gün fəlakət zonasından daha 2000 sakin evakuasiya edilib.
Ümumilikdə isə qasırğanın səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı rəsmi rəqəmlərə görə, 97 nəfərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar