Qars və İğdır Ermənistanla sərhədin açılmasını istəmir
08 Aprel 2009 Çərşənbə 20:20
Ermənistan Türkiyə ilə sərhəddəki Əlican sərhəd-keçid məntəqəsində təmir-yenidənqurma işlərinə başlayıb. Bu barədə APA-ya Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib.
O bildirib ki, hazırda Ermənistan ərazisindəki gömrük-keçid məntəqəsində təmir-tikinti işləri həyata keçirilir, Türkiyə ərazisində isə Əlicana gedən yollar asfaltlanıb. Baş konsul Qars və İğdır əhalisinin sərhədlərin açılmasından narahatlıq keçirdiyini də qeyd edib: “Qars və İğdır əhalisi sərhədlərin açılma səbəbini anlamır və bundan ciddi narahatlıq duyurlar. Əhali sərhədlərin açılmasının əleyhinədir”.
DOSTLARINLA PAYLAŞ: