Qars şəhərindəki “qardaşlıq” heykəlinin sökülməsi dayandırıldı
08 Mart 2011 Çərşənbə Axşamı 02:06
Abidənin aqibəti məhkəmə prosesi başa çatdıqdan sonra məlum olacaq
Türkiyənin Qars şəhərindəki “qardaşlıq” heykəlinin uçurlmasına qarşı heykəltəraş Mehmet Aksoyun şikayətinə baxan məhkəmə öz qərarını açıqlayıb. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, Ərzurum 1-ci İnzibati məhkəməsi icranın müvəqqəti dayandırılması istiqamətində qərar qəbul edib.

Məsələ barədə açıqlama verən Aksoyun vəkili Əsli Kazan ötən gün Qars bələdiyyəsi tərəfindən abidənin uçurulması üçün tender elan edildiyini, məhkəmənin isə uçurulma işini təxirə saldığını deyib. “Bu qərara görə, “İnsanlıq” abidəsi məhkəmə prosesi başa çatana qədər uçurulmayacaq”.

Xatırladaq ki, "İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə deyib ki, tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililər sökülməlidir. O, məlum abidənin “eybəcər” (ucube) olduğunu bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar