Türkiyənin Çanaqqala vilayətinin Kocagörü kəndindəki bostanların birində əkilən qarpızın üstündəki Allah yazısı görənləri heyrətə salıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bostan bitkisi 50 yaşlı Osman Onarın bostanında yetişib. Osman yetişdirdiyi qarpızı görəndə gözlərinə inanmayıb.
“Qarpızın üstündəki Allah yazısını ilk dəfə qızım görüb və çox təəccüblənib. Mənə söyləyəndə əvvəlcə inanmadım. Baxanda doğrudan da Allah yazısı yazılmışdı. Əmin olmaq üçün kəndin imamını çağırdım. O da baxıb, doğrudan da Allah sözünün yazıldığını təsdiqlədi”, - deyə Osman Onar bildirib.
Kənd əhli qarpızı görəndə mat qalıblar. Kəndli qarpızı qoruduqlarını və tağdan qoparmadıqlarını bildirib. Osman Onarın sözlərinə görə, fəsillə əlaqədar qarpız özü tağdan qopub.
“Hazırda qarpız evdədir. Kəsib yeməyə cəsarət etmirik. Muzeylik bir şey olsaydı, bağışlardım. Bilmirik qarpızı nə edək”, - deyə Osman Onar bildirib.