Almaniyanın Oldenburq bölgəsində qeyri-adi qarət hadisəsi baş verib.
Məlumata görə, yanacaqdoldurma məntəqəsindəki marketi qarət etməyə çalışan maskalı oğru marketin işçisi tərəfindən möhkəm döyülüb. Döyülən qarətçi market əməkdaşını qucaqlayaraq ağlamağa başlayır. Daha sonra, “məni polisə vermə, ailəm və uşaqlarım var” – deyən qarətçi oturaraq ağlamağa davam edir. Market işçisi isə gözlərini silməsi üçün ona salfet verir.
Bu qeyri-adi hadisə marketin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb və sosial şəbəkələrdə yayılıb.
Soyamayınca hüngür hüngür ağladı! | izlesene.com