Qardaşını diri-diri məzara qoydu.
30 Noyabr 2012 Cümə 04:54
Türkiyə vətəndaşı avtomobilində hündür səslə musiqiyə qulaq asan qardaşını bu yolla tənbeh etmək istəyib
Türkiyə vətəndaşının sosial şəbəkə saytı “Facebook”da paylaşdığı görüntü görənləri vahiməyə salıb. Rize şəhəri sakini Ramazan adlı bir şəxs avtomobilində hündür səslə musiqiyə qulaq asan qardaşına bu xasiyyətini tərgitdirmək üçün onu diri-diri qəbirə qoyub. Qardaşını məzara qoyaraq üstünü taxta ilə bərkidən Ramazan bir daha hündür səslə musiqiyə qulaq asmayacağı və hər gün 5 vaxt namaz qılacağı barədə söz alana qədər onu çıxmağa qoymayıb. Qeyd edək ki, baş vermiş bu qəribə hadisə videoya çəkilib və virtual dünyada sürətlə yayılmağa başlayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar