Qaragöl Təbiət Parkı xüsusi özəlliyi bura gələn turistlərə ilin bütün fəsillərində fərqli gözəllikləri ilə valeh etməsindədir.
Türkiyənin çoxlu mənzərəli yerləri arasında Qaragöl xüsusi gözəlliyi ilə seçilir.
ANS PRESS-in məlumatına görə, turistlərin ən çox axın etdiyi bölgəyə Türkiyənin gizli cənnəti də deyirlər. Qaragöl Təbiət Parkının xüsusi özəlliyi bura gələn turistlərə ilin bütün fəsillərində fərqli gözəllikləri ilə valeh etməsindədir.
Qeyd edək ki, sözügedən göl 19-cü əsrdə yaranıb. Klaskur yaylasında bir təpədə baş verən sürüşmə kiçik dağ çayının qabağını alır. Nəticədə belə bir gözəllik yaranır.