Tomaş Poreba:Qarabağa səfərim vacib idi
21 Dekabr 2010 Çərşənbə Axşamı 00:20
Tomaş Poreba Ermənistanla bağlı hesabatına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları da daxil edəcək
Avropa Parlamentinin deputatı, Ermənistan üzrə məruzəsi Tomaş Poreba Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Ermənistanın dövlət başçısının saytında yerləşdirilmiş məlumata görə, Avropalı parlamentari Dağlıq Qarabağ səfərinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, lazımi informasiyalar alıb, vəziyyəti yerində görüb və hiss edib: “Bütün bunları öz hesabatına daxil etməzdən əvvəl təəssüratlarımı Avropa Parlamentindəki həmkarlarıma çatdırmaq niyyətindəyəm”.
Ermənistan prezidenti isə Tomaş Porebanın İrəvana və Xankəndinə hesabat hazırlamaq üçün etdiyi səfəri alqışlayıb. Onun sözlərinə görə, bu səfərlər vəziyyətlə yerində tanışm olmaq, qiymət vermək, birbaşa təmaslarda olmaq və informasiya baxımından olduqca vacibdir: “Hər qiymətləndirmə, hər yanaşma ölkəyə, regiona, mövcud problemlərin həllinə və islahatlara yardıma xidmət edir. Əminik ki, sizin hesabat məhz bu cür olacaq”.
Tomaş Poreba deyib ki, Ermənistana səfər etmədən hərtərəfli və qərəzsiz hesabat hazırlamaq mümkün deyil.
DOSTLARINLA PAYLAŞ: