Qara dənizin Türkiyə hissəsində neft yatağı tapılıb
13 Yanvar 2010 Çərşənbə 17:05
Qara dənizin Türkiyə hissəsində neft yatağı tapılıb. Yataqda 10 milyard barel neftin olduğu iddia edilir.
Qara dənizin Türkiyə hissəsində neft yatağı tapılıb. Yatağın işlənilməsi üzrə layihə üzərində Amerikanın "Exxon Mobile", Braziliyanın "Petrobras" və Türkiyənin TPAO şirkətləri çalışacaq.

Layihədə 50 faizlik paya TPAO sahiblik edəcək. Qalan 50 faiz isə "Exxon Mobile" və "Petrobras" arasında bölüşdürüləcək.

TPAO-nun hesablamalarına əsasən, yataqdan hasil ediləcək neftin həcmi 10 milyard barel, qazın həcmi isə 1,5 trilyon kubmetrə çatacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar