Qara dənizdə üç nəfər itkin düşüb
08 İyun 2009 Bazar Ertəsi 01:20
Ukraynanın Xerson vilayəti ərazisində baş vermiş hadisəyə fırtınanın səbəb olduğu bildirilir

Ukraynanın Xerson vilayəti ərazisində dənizdə fırtına nəticəsində üç nəfər itkin düşüb. ANS PRESS, UNİAN agentliyinə istinadən xəbər verir ki, hadisə Qolopristanski rayonunun Jeleznıy Port qəsəbəsində baş verib.
“Yuibleynıy” pansionatında ailəsi ilə birlikdə istirahət edən 11 yaşlı qızı külək sahildən dənizə doğru aparıb. Qızı axtarmaq üçün suya girən ata da itib. Hazırda xilasedicilər itkin düşənlərin axtarışını davam etdirir.
Yerli pansinatların birində də bir nəfərin dənizdə üzərkən itkin düşdüyü bildirilir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar