Qara cütlüyün ağ övladı
20 İyul 2010 Çərşənbə Axşamı 12:45
Qaradərili cütlüyün ağ, mavi gözlü, sarışın uşaqları doğulub.
İngiltərədə qeyri-adi hadisə baş verib. Əslən Nigeriyadan olan qara dərili cütlüyün ağ dərili, sarışın və mavi gözlü uşaqları dünyaya gəlib. Yeni doğulan qızcığaz bütün elm dünyasını təəcübləndirib. Uşağın valideynləri Benjamin və Angela İheqboro qızlarında bəzi qaradərili ailələrin uşaqlarının əziyyət çəkdiyi albino xəstəliyinin olmadığını və tamamilə sağlam olduğunu bildiriblər. Körpəyə Nmaci (Tanrının gözəli) adı verilib.

Uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən ana onu ilk dəfə görəndə gözlərinə inanmadığını bildirib. "Doğuşdan sonra uşağı gətirəndə dilim tutuldu. Əvvəlcə onun oyuncaq olduğunu düşündüm. Qızım gözəldir və rənginin mənim üçün əhəmiyyəti yoxdur. O möcüzədir. Amma mən hələ də nə baş verdiyini anlamıram".

Əməliyyatdan sonra atanın ağlına gələn ilk sual isə "Bu mənim uşağımdır?" olub. Dəmiryolçu olan 44 yaşlı kişi nəsillərində heç vaxt ağ adam olmadığını deyib: "Genetik bir hadisə ilə bağlı ola bilər. Amma bəs onda sarı qıvrım saçlar nə deməkdir? Uşağın məndən olduğuna əminəm. Yoxsa o bu qədər mənə bənzəməzdi".

Qeyd edək ki, cütlüyün 4 yaşlı oğlu və 2 yaşlı qızları var. Uşaqlar bacılarından fərqli olaraq qaradərilidirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar