Qar Polşada nəqliyyatın hərəkətini iflic edib
30 Noyabr 2010 Çərşənbə Axşamı 01:50
Varşavadakı Frederik Şopen adına beynəlxalq hava limanı bağlanıb
Polşaya yağan güclü qar nəqliyyatın hərəkətində problemlər yaradıb. Günortadan sonra Frederik Şopen adına beynəlxalq hava limanı bağlanıb. Yerli vaxtla saat 17.00-adək (Bakı vaxtı ilə saat 20.00) Polşa paytaxtının hava limanı təyyarələri qəbul etməyib. Bir neçə təyyarə eniş üçün yaxınlıqdakı hava limanlarına yönləndirilib.
Polşa dəmir yollarının mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində 44 qatar mənzil başına ləngimə ilə çatıb. Ləngimələr 20 dəqiqədən 1 saatadək olub.
Qar və güclü külək enerji şəbəkələrində qəzalara səbəb olub, 10 mindən artıq sakin işıqsız qalıb.
Varşavada 70-dən çox avtobus və tramvay xətti cədvəl üzrə fəaliyyət göstərə bilmir. İşdən evə maşınla gedən paytaxt sakinləri tıxaclarda saatlarla vaxt itiriblər.
Meteoroloqların məlumatına görə, intensiv qar və külək bir neç əgün ərzində davam edəcək. Yxaın saatlarda ölkə ərazisində havanın temperatunun mənfi 10 dərəcəyədək enəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: