Qar fırtınası ABŞ-dan əl çəkmir
16 Fevral 2014 Bazar 13:55
Ölkənin şimal-şərq sahilləri qar əsarətində qalıb.
Amerika Birləşmiş Ştatlarının şimal-şərq sahillərində növbəti qar fırtınası baş verib. Bölgə ötən həftə baş vermiş iki güclü qar fırtınasından sonra özünə gəlməyə macal tapmamış, yenidən çovğun baş verərək həyatı iflic edib. Massaçusets ştatında qar nəqliyyatın hərəkətini iflic edib, məktəblərin bağlanmasına səbəb olub.

Corciya ştatında qar fırtınası evlərin damlarını uçurub, avtomobillərə ziyan vurub.

Nyu-York ştatında da analoji vəziyyətin hökm sürməsi Meyvil şəhəri sakinlərinin ənənəvi Prezident Günü qış festivalını keçirməsinə mane olmayıb. Festival zamanı buzdan hazırlanmış heykəllər nümayiş etdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar