“Qanuni oğrular” ömürlük həbs olunacaqlar
15 Oktyabr 2009 Cümə Axşamı 10:35
Rusiyada “Qanuni oğrular” ömürlük həbs olunacaqlar. Rusiya Cinayət Məcəllələrində dəyişiklik edəcək.
Bu yaxınlarda Rusiya Federasiyasının Cinayət və Cinayət - Prosessual Məcəllələrinə bir neçə dəyişiklik gözlənilir.
Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Departamentinin müdiri, general-polkovnik İsgəndər Qalimovun verdiyi məlumata görə, həmin dəyişikliklər həyata keçirildikdən sonra, “qanuni oğrular”, başqa sözlə kriminal avtoritetlər həbs edildikləri zaman artıq ömürlük həbs cəzasına məhkum ediləcəklər.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: