Qanuni oğru Ded Hasan öldürüldü
16 Yanvar 2013 Çərşənbə 15:41
Qanuni oğru Ded Hasan Moskvada snayperlə vurulub.
Kriminal aləmdə məşhur olan “Ded Hasan” ləqəbli avtoritet Aslan Usoyan qətlə yetirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Ded Hasan” Rusiyanın paytaxtı Moskva şəhərində öldürülüb.
Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, “Qanuni oğru” Povarsk küçəsində kafelərin birindən çıxarkən naməlum şəxs tərəfindən snayperlə vurulub.
Hadisə yerinə polis general mayoru Oleq Baranov da yollanıb.
DOSTLARINLA PAYLAŞ: