Qandinin nəvəsi müsəlmanları təhqir edib
17 Mart 2009 Çərşənbə Axşamı 23:00
Millət vəkilliyinə namizəd olan Varun Qandi, “Əgər gecə vaxtı bir müsəlmana rast gəlsəniz qorxarsınız” – deyib

Apreldə Hindistanda keçiriləcək parlament seçkilərində Milliyyətçi Hind Partiyasının (Bharatiya Janata Party) namizədi olan Varun Qandi müsəlmanları təhqir edib. Hindistanın sabiq baş naziri İndira Qandinin nəvəsi olan Varun Qandi, “Onların qorxunc adları var. Əgər gecə vaxtı bir müsəlmana rast gəlsəniz qorxarsınız” – deyib. Bundan başqa, Qandi, üzvü olduğu partiyanın müsəlmanların başını kəsəcəyini də deyib. Hindistanın Mərkəzi Seçki Komissiyası isə deputatlığa namizəd olan Varun Qandi barəsində təhqiqat başladılması barədə qərarı müzakirə edəcəklərini bildirib. Qeyd edək ki, 1.15 milyard əhalisi olan Hindistanda 100 milyondan çox müsəlman yaşayır. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar