Qalmaqallı təcavüzçülər edam olundular
13 Sentyabr 2013 Cümə 16:34
Hindistanda 4 nəfər bir qadını zorlayaraq ölümünə səbəb olmuşdular.
Hindistanın paytaxtı Yeni Dehlidə bir qadına təcavüzdə şübhəli bilinən 4 nəfər edam edilib. ANSPRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə hökmü ilə edam edilənlər Mukeş Sinq, Vnay Şarma, Akşay Takur və Pavan Quptadır.

Təcavüzə məruz qalmış qızın atası isə məhkəmə zalında səsləndirilən qərarı alqışlarla qarşılayıb. 23 yaşlı zərərçəkən ötən ilin dekabrında həyat yoldaşı ilə avtobusda gedərkən təcavüzə məruz qalmışdı. O aldığı zərbələr nəticəsində xəstəxanada həyatını itirmişdi. Hindistanı ayağa qaldıran bu hadisə dünyada da böyük reaksiyalara səbəb olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar