Qahirənin mərkəzi müxalifətin əlinə keçdi
28 Yanvar 2011 Cümə 23:10
Prezident Hüsni Mübarək bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Misirdə komendant saatı elan olunmasına baxmayaraq prezidentin istefasını tələb edən etirazçılar paytaxt Qahirənin mərkəzini ələ keçirib. Türkiyənin NTV kanalının yaydığı məlumata görə, aksiya iştirakçıları ilə mitinqi dağıtmaq istəyən hərbçilər arasında toqquşmalar olub. Hərbçilər ağır texnikanı aksiya iştirakçılarının üstünə sürsələr də, onları dağıtmağa nail ola bilməyib.
Kanalın yaydığı sujetlərdən bir neçə nəfərin hərbi texnikanın altında qaldığı aydın görünür. Aksiya iştirakçıları ağır texnikanı aşırtmağa çalışıb.
Aksiya iştirakçıları şəhərdə çoxsaylı yanğınlar törədib, o cümlədən hakimiyyətdəki Milli Demokrat partiyasının qərargahına od vurub.
Onu da qeyd edək ki, prezident Hüsni Mübarək artıq bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: