Qahirədə toqquşmalar: 3 ölü, 150 yaralı
17 Dekabr 2011 Şənbə 00:38
Ötən gecədən başlayan iğtişaşlar bütün gün ərzində davam edib.
Misirin paytaxtı Qahirədə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar zamanı 3 nəfər ölüb, 150 nəfər yaralanıb. Məlumatı Misirdəki səhiyyə mənbələri veriblər.
Qahirədə iğtişaşlar ötən gecədən başlayıb və bütün gün ərzində davam edib. Ən şiddətli toqquşmalar Nazirlər Kabinetinin binası qarşısında baş verib. Nümayişçilər parlamentin qonşuluğundakı binaya od vurublar.
Aksiya iştirakçıları hərbi xunta tərəfindən təyin edilmiş baş nazirin istefasını tələb edirlər. Onlar yeni baş naziri devrilmiş prezident Hüsnü Mübarəkin yaxını sayırlar.
DOSTLARINLA PAYLAŞ: