Qahirədə “Qəzəb cüməsi”nin ağır nəticəsi: 8 ölü, 870 yaralı
29 Yanvar 2011 Şənbə 00:25
Misir paytaxtındakı etiraz aksiyası kütləvi iğtişaşlara çevrilib.
Misirin paytaxtı Qahirədə “Qəzəb cüməsi” adlandırılan ötən gün keçirilən etiraz aksiyası kütləvi iğtişaşlarla nəticələnib. On minlərlə nümayişçi aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşa basığblar və polis maşının yandırıblar. Polis buna cavab olaraq gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
“Reuters” agentliyinin həkimlərə istinadən yaydığı məlumata görə, Qahirədəki iğtişaşlarda xəsarət alanların sayı 870 nəfərə çatıb. KİV-lər Misir paytaxtında nümayişçilərlə asayiş keşikçiləri arasındakı qarşıdurmalarda azı beş nəfərin öldüyü barədə məlumatlar yayırlar. Üç nəfərin isə Süveyşdə həlak olduğu bildirilir. Rəsmi şəxslər isə ölənlər və yaralananlarla bağlı məlumatları hələlik təsdiqləmirlər.
Aksiya iştirakçıları 1981-ci ildə hakimiyyətdə olan prezident Hüsnü Mübarəkin istefasını, korrupsiyaya qarşı mübarizə sahəsində effektli addımların atılmasını və iqtisadi islahatların aparılmasını tələb edirlər. Qahirə ilə yanaşı Süveyş, Əl Mənsur və Dumyat şəhərlərində də çoxminli aksiyalar keçirilib. Misirin təhlükəsizlik qüvvələri aksiyalarda iştirak etmək istəyən müxalifət liderlərinin hərəkətini məhdudlaşdırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: