Qahirə Misirin yeni hakimiyyəti əleyhinə aksiya keçirilib
13 İyul 2011 Çərşənbə 02:03
Nümayişçilər marşal Hüseyn Tantavinin istefasını tələb ediblər.
Misirin paytaxtı Qahirədə ölkənin hərbçi rəhbəri, marşal Hüseyn Tantavinin istefası tələbi ilə etiraz aksiyası keçirilib. Qahirənin mərkəzində Təhrir meydanına toplaşan minlərlə aksiya iştirakçısı “Xalq marşalın getməsini istəyir” şüarını səsləndiriblər. Misirlilərin bir çoxu iki onillik ərzində Hüsnü Mübarəkin güc blokuna rəhbərlik etmiş Hüseyn Tantavinin müvəqqəti də olsa ölkəyə başçılıq etməsini istəmir. Mümkün insidentlərin qarşısını almaq üçün hökumət binasının qarşısında ordu hissələri və zirehli hərbi maşınlar yerləşdirilib. Silahlı Qüvvələrin Ali Şurasının rəhbəri Məmduh Şahin bildirib ki, ordu nümayişçilərə qarşı güc tətbiq etməyəcək, lakin istənilən sabotaj cəhdinə qətiyyətlə reaksiya verəcək.

Nümayişçilər ordu komandanlığı tərəfindən həyata keçirilən islahatların ləng aparılmasına etiraz ediblər. Onlar polis orqanlarında təmizləmənin aparılmasını, eləcə də, ölkənin keçmiş rəhbərliyi üzərində sərt məhkə prosesinin qurulmasını tələb ediblər. Misirin ikinci şəhəri olan İsgəndəriyyədə isə baş nazirin əleyhinə şüarlar səslənib.

Bu arada isə Silahlı Qüvvələrin Ali Şurası Misir tarixinin ağır günlərində ölkəyə rəhbərliyi davam etdirmək niyyətində olduğunu bəyan edib. Qurum bildirib ki, hakimiyyəti mülki şəxslərə təhvil vermək üçün parolament və prezident seçkilərini keçirmək niyyətindədir. Ordu komandanlığı hazırkı hakimiyyətə etiraz edən nümayişçilərə ölkə əhalisi üçün təhlükə yarada biləcək və dövlət institutlarının fəaliyyətinə mane olan addımlardan çəkinməyə çağırıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar