Qafqazın ən xoşbəxt ölkəsi Ermənistanda intiharların sayı artır
20 İyun 2012 Çərşənbə 10:40
Bu ölkədə İntihar edənlərin əksəriyyəti işsizlərdir.
İngiltərə alimlərinin Qafqazın ən xoşbəxt ölkəsi adlandırdıqları Ermənistanda intihar və intihara cəhd hallarının sayı sürətlə artır. ANS PRESS-in Ermənistanın “Armtoday” saytına istinadəın verdiyi məlumata görə, bu ölkədə intihar və intihara cəhdlərin sayı 2009-2011-ci illər ərzində xüsusilə artıb.

Ermənistanın Milli Statistika Komitəsinin 2009-cu il üçün açıqladığı mövcud statistikaya görə, 498 nəfər intihar və ya intihara cəhd edib. 2010-cu il üçün bu rəqəm 592-ə, 2011-ci ildə isə 647-ə çatıb. 2012-ci il üçün rəqəmlər isə hələlik təsdiqlənməyib.

Statistikaya göstərir ki, intihar halları əsasən 30-65 yaş arası insanlar arasında baş verib. Saytın açıqlamasına görə, intihar edən insanların əksəriyyəti işsiz əhalidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar