Qadınların ve uşaqların qatili:
23 Avqust 2013 Cümə 06:47
16 dinc sakini qetle yetirmiş ABŞ ordusunun çavuşu mehkemede baş vermiş olaya göre üzr isteyib.
Əfqanıstanın Qəndəhar əyalətində 16 dinc sakini qətlə yetirmiş ABŞ ordusunun çavuşu Robert Beyls məhkəmədə baş vermiş olaya görə üzrə istəyib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, baş verən hadisəni «qorxaqlıq» adlandırıb.

Hərbi tribunal iclasında vaxtından qabaq azad edilməsi ehtimalına belə münasibət bildirib: «Kənd qadınlarına və uşaqlara atəş açarkən mən qorxu ilə yanaşı boş cəsarət də hiss etdim».

39 yaşlı çavuş edam hökmündən qurtulmaq üçün günahının boynuna alıb. Onun vəkillər bildirib ki, çavuş posttravmatik sindromdan əziyyət çəkir.

Məhkəmə dinləməsində zərər çəkmiş bir neçə əfqan da dindirilib. Hüquqçular hərbi məhkəmənin bir neçə həftə davam edə biləcəyini söyləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar