Qadının ən gözəl vaxtı
18 Noyabr 2012 Bazar 11:54
Cazibədarlığın pik nöqtəsi nə vaxt yaşanır?
Britanaiyalı alimlər qadının ən gözəl yaş həddini müəyyən ediblər. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, ən gözəl yaş 31-dir. Məhz bu dövrdə qadın öz cazibədarlığının pik nöqtəsində olur. Təbii gözəllik,özünə əminlik, illərin təcrübəsi onun cavnlardan daha gözəl görünməsinə təsir edir.

Bu nəticəni əldə etmək üçün minlərlə insan arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin 70 faizi özünə əminliyi cazibədarlığın əsas amili adlandırıblar. Bu isə öz növbəsində qadını azuedilən edir. 47% isə bu suala öz stili deyə cavab verib. Onların fikrincə özünəməxsusluq istənilən qadını diqqət mərkəzində qalmasına kömək edir.

Tədqiqatçılar bu sorğu nəticəsində daha bir maraqlı faktın üstünü açıblar. Sən demə şəhərdə yaşayan qızlar özlərnə daha çox əmin olurlar. Regionlarda isə əminliyin faiz dərəcəsi nisbətən aşağı olur. Özünə inam isə 28 yaşdan sonra dahada güclənməyə başalayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar