Qadının buynuzu çıxdı
09 Mart 2010 Çərşənbə Axşamı 15:10
Qadının buynuzu çıxdı. Buynuzun uzunluğu 6 sm-dir.
Çində qəribə və maraqlı hadisə baş verib. 101 yaşlı Çanq Ruifanq adlı qadının buynuzu çıxıb. Ailə üzvlərinin sözlərinə görə, qadının alnında ötən il şişlik yaranıb. Ancaq onlar buna böyük əhəmiyyət verməyiblər. Lakin hər gün böyüyən şiş sonradan 6 sm-lik buynuza çevrilib.
Altı uşaq anası olan Çanq Ruifanqın ən kiçik oğlunun sözlərinə görə, indi qadının alnının digər tərəfində də bu şişdən çıxmağa başlayıb.
Həkimlər günəş şüalarına çox məuz qalan insanlarda bu tip şişlərin rast gəlinə biləcəyini desələr də, buynuz boyda çıxıntı ilə daha öncə qarşılaşmadıqlarını bildiriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar