Qadın nazir kişiləri hədələdi
23 İyul 2011 Şənbə 06:15
“Kişilər özünü yığışdırsın, yoxsa dövlət onları yığışdırar!”
Türkiyənin qadın və ailə məsələləri üzrə dövlət naziri iştirak etdiyi TV proqramlarından birində öz arvadına qarşı zorakılıq tətbiq edən kişiləri hədələdi. Qeyd edək ki, aparıcı nazirdən yeni qanun layihəsi ilə əlaqədar mətbuatda çıxan “Kişisən indi döy”, “Qadına əl vuran yanacaq” kimi xəbər başlıqlarının mübaliğəli olub olmadığını soruşub. Nazir Fatma Şahin isə qadınların qorunması məsələsində son dərəcə qərarlı olduqlarını deyib. Hər fürsətdə arvadını döyən kişilərə müraciət edən nazir, “belə kişilər özlərini yığışdırsın, yoxsa dövlət onları yığışdıracaq” – deyib.

Qeyd edək ki, Türkiyədə öz həyat yoldaşlarına qarşı zorakılıq tətbiq edən kişilərin elektronik qandalla nəzarətdə saxlanılmasını irəli sürən qanun layihəsi hal-hazırda müzakirə mərhələsindədir. ANSPRESS 




DOSTLARINLA PAYLAŞ:

oyunlar