Qadın narkotiki elə yerinə gizlətdi ki...
11 İyun 2013 Çərşənbə Axşamı 06:35
Vəziyyəti pisləşərək xəstəxanaya çatdırılan qadının məhrəm yerindən narkotik maddə çıxıb.
Türkiyədə İstanbul – Bodrum reysi ilə hərəkət edən təyyarədə səhhəti birdən-birə pisləşərək xəstəxanaya çatdırılan belçikalı qadının cinsi orqanından və mədəsindən narkotik maddə aşkarlanıb. Məlumata görə, təyyarədə qəribə hərəkətlər edən və daha sonra vəziyyəti pisləşən 36 yaşlı Peqqi Katarina Vleminks Bodrum hava limanına çağırılan təcili yardımla xəstəxanaya çatdırılıb. Xəstəxanada qadını müayinə edən həkimlər onun mədəsində və cinsi orqanında gizlədilmiş narkotik kapsulları aşkarlayıb.
Qeyd edək ki, belçikalı qadının bədənindən aşkarlanan narkotik maddə məhkəmə tibbi ekspertizasına göndərilib. Vəziyyəti ağır olan qadının müalicəsi isə reanimasiyada davam edir.
DOSTLARINLA PAYLAŞ: