Qadın lotereyada 211 milyon dollar uddu
18 Aprel 2010 Bazar 05:40
Milyonçu qalib udduğu pulla işdən dincəlmək niyyətindədir.
ABŞ-ın Nyu-Cersi ştatının qadın sakini “Powerball” lotereyasında 211 milyon dollarlıq cek-potun yeganə sahibi olub. Cek-potun oynandığı lotereya tirajı martın sonlarında keçirilib. Lakin qalib-Morristaun şəhərinin sakini Sandra Makneyl uduşun dalınca aprelin 17-də gedib.

“Powerball” lotereyasının şərtlərinə görə, qaliblə udulan məbləğin ya hamısını birdən (qalan hissəni itirmək şərtilə), ya da 30 il ərzində hissələrlə ala bilər. Sandra Makneyl birinci yolu seçib. Ona vergilər ödənmədən çatan məbləğ 101,6 milyon dollar olub.

Milyonçu qalib şəxsi həyat sirrinin qorumasını əsas gətirərək, mətbuat konfransında iştirakdan imtina edib. Onun vəkilinin sözlərinə görə, Sandra Makneyl udduğu pulları aldıqdan sonra işdən dincəlmək niyyətindədir. Qalibin məşğulluq sahəsi açıqlanmır. Yalnız o məlumdur ki, o, dörd il ərzində Morris məktəb dairəsində Təhsil Şurasının üzvü olub.

“Powerball” lotereyası 30 ştatda, Kolumbiya dairəsində və Virciniya adalarının Amerikaya aid hissəsində keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar