Qadın idmançı kişi çıxdı
12 Noyabr 2012 Bazar Ertəsi 21:46
Hindistan məhkəməsi 32 yaşlı Pinki Pramaniki kişi sayıb
Hindistanın Qərbi Benqaliya ştatının məhkəməsi Cənubi Asiya Oyunlarının 3 qat qalibi Pinki Pramaniki kişi sayıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 32 yaşlı idmançı indiyədək qaçış yarışlarına qadın atlet kimi qatılıb.

Lakin onun fırıldağının üstü iyunda rəfiqəsi Anamika Açarya tərəfindən məhkəməyə verildikdən sonra açılıb. Açarya iddia ərizəsində bildirib ki, əslində kişi olan Pramanik onu zorlayıb. Onlar hətta bir neçə il birgə yaşayıb. Pramanik bir müddət həbsdə olub, lakin 25 gündən sonra girov qarşılığında azadlığa buraxılıb. Həmin vaxt hindistanlı atletin cinsini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.

Noyabrın 12-də komissiyanın hesabatı açıqlanıb. Sənəddə bildirilib ki, Pramanik kişidir. Yaxın günlərdə o, zorlama ittihamı ilə məhkəmə qarşısında duracaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar