İsraildə bir qadın içində 1 milyon dollar olan yataq dəsti səhvən zibilə atıb. ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan qadın radioya etdiyi şərhdə yaşlı anasına yeni bir yataq aldığı üçün köhnə yatağı zibilə atdığını, anasının həyatı boyu yığdığı pulları buraya qoyduğunu sonradan öyrəndiyini söyləyib.
Yatağın içində külli miqdarda pul olduğunu öyrənən kimi zibilliyə getdiyini, amma yatağın zibil yığanlar tərəfindən aparıldığını bildirən qadın zibilliklərdə gün boyu axtarış aparsa da, pulu tapmadığını vurğulayıb.
Küçələrdən zibil yığmaqla məşğul olan şirkətdən isə bildirilib ki, hər gün zibilliyə 2500 ton zibil atılır və bu səbəbdən yatağın tapılması mümkün deyil. /ANS TV/