Qadın ayaqyolunda gizli kamera qalmaqalı
28 May 2013 Çərşənbə Axşamı 18:16
Xanım jurnalist aləmi bir-birinə qatıb.
Dünyanın məşhur kafelər şəbəkəsinin Türkiyədəki nümayəndəliyində qalmaqal baş verib. Yerli mətbuatın xəbərinə görə, İstanbulun Bebek məhəlləsində yerləşən kafedəki ayaqyoluna gedən qadın jurnalist burada gizli kamera aşkarlayıb. Kafenin rəhbərliyi isə jurnalistin bu barədə xəbərdarlığına məhəl qoymayıb.
Qadın jurnalist gördükləri barədə polisə xəbər verib, daha sonra isə kafe əməkdaşlarını məhkəməyə verib. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.
Mərkəzi Amerikada tanınmış kafelər şəbəkəsinin Türkiyə nümayəndəliyinin rəhbərliyi isə baş verənlərə görə müştərilərindən üzr istəyib.
Faktla bağlı araşdırmalar davam edir.
DOSTLARINLA PAYLAŞ: