Qaçqınların qayığı batdı
06 İyun 2013 Cümə Axşamı 05:16
Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər itkin düşüb.
Türkiyənin Balkesir şəhərinin Ayvalık rayonu ərazisində içində qaçqınların olduğu qayıq batıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə bir nəfər ölüb, 5 nəfər isə itkin düşüb. "Çılpaq ada"nın cənubunda batdığı ehtimal edilən qayıqdan dənizə düşən qaçqınların çağırışlarını eşidən balıqçılar 9 nəfəri sudan çıxarıblar.
Hadisə barədə dərhal təhlükəsizlik qüvvələrinə məlumat verilib. Hadisə yerinə gələn Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları 45 yaşlı Əfqan əsilli Vahidə Səlaminin cəsədini sudan çıxarıblar. Digər 5 nəfərin axtarışları isə davam edir.
DOSTLARINLA PAYLAŞ: