Qaçırıldılar, zorlandılar, intihara məcbur edildilər
03 Fevral 2010 Çərşənbə 07:00
Pakistan qadın cəmiyyəti ölkədə zorakılğın tükürpərdici həddə çatdığını göstərən hesabat hazırlayıb.
Pakistan qadın cəmiyyəti (PAF) ölkədə zorakılğın tükürpərdici həddə çatdığını göstərən hesabat hazırlayıb. Cəmiyyətin sədri Samia Əmcəd bildirib ki, ölkədə son 6 ayda rəsmi statistikaya görə 2655 zorakılıq hadisəsi baş verib. Sədr hökuməti, hüquq-mühafizə orqanlarını və mətbuatı bu məsələdə daha həssas olmağa çağırıb.
PAF-ın hesabatında isə bildirilir ki, son 6 ayda ölkədə 374 qadın zorlanıb, 359 qadın öldürülüb, 126 qadına işkəncə edilib, 121 qadın intihar edib, 21 qadın asitlə (sulfat) yandırılıb, 7 qadın diri-diri torpağa basdırılıb və qalanları ailədaxili zorakılığa məruz qalıb, zorla işlədilib və ya qeyri ənənəvi cinsi münasibətə məcbur edilib. Bundan başqa hesabatda 3 qız uşağının vaxtından əvvəl ərə verildiyi bildirilib.
Qeyd edək ki, Pakistan parlamenti yanvar ayında qadınlara qarşı cinsi təcavüzü cinayət kimi qəbul edən qanun dəyişikliyini qəbul edib və bu dəyişiklik keçirilən mərasimdə baş nazir Asif Əli Zədari tərəfindən imzalanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: