Qaçırılan türk pilotlardan xəbər var
30 Avqust 2013 Cümə 01:09
Qaçırılan türk pilotlardan xəbər var. Livan dövlət televiziyasında əsir pilotlara məxsus səsyazma yayımlanıb.
Avqustun 9-da Livanda silahlı şəxslər tərəfindən qaçırılan Türkiyə Hava Yollarına məxsus pilotlar Murat Akpınar ilə köməkçisi Murat Ağcaya aid səsyazmalar Livanın LDC televiziyasında yayımlanıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Murat Akpınara aid olduğu bildirilən səsyazmada, pilotların vəziyyətinin yaxşı olduğu və azad olunacaqları günü gözlədikləri bildirilir.

Akpinar, qaçırılma səbəbləri ilə bağlı məlumat verib: "Biz qaçırılmağımızın səbəbini onlardan soruşduq. Bizə cavablarında bildirdilər ki, Suriyanın Azez bölgəsində 9 günahsız Livan vətəndaşı qaçırılıb və onlara kömək edə biləcək tək ölkə Türkiyədir".

Akpınar, xilas olmaları üçün səy göstərən Türkiyə dövlətinə, Türk Hava Yollarına (THY), ailəsinə, uşaqlarına və qardaşı İrfan'a təşəkkür edib.

Köməkçi pilot Murat Ağca da xilas olmaları üçün səy göstərən hər kəsə təşəkkür edib və ailəsi, uşaqları və Vətəni üçün çox darıxdığını deyib.

Livan hökumətinin bu məsələ ilə bağlı heç bir açıqlama vermədiyi bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar