Qaçaq sərnişinlərə qarşı metal toplar (VİDEO)
19 Yanvar 2012 Cümə Axşamı 05:31
İndoneziya dəmiryolunda qaçaq səyahətlərin qarşısını ala bilmir.
İndoneziyada dəmir yollarında qaçaq sərnişin probleminin həlli üçün qeyri-adi addım atılıb. Qeyd edək ki, 240 milyon əhalisi olan ada ölkəsində hər gün yüz minlərlə insan ev və iş yeri arasında qatardan istifadə edir. Bu yolçuluq vaxtı isə insanlar qatarın üstündə getməyə üstünlük verir. Onlar bunu biletin baha olması və qatarların kifayətsiz olması ilə izah edirlər.

Dəmir yolurəsmiləri isə bu təhlükəli səyahətin qarşısını almaq üçün yolun bəzi yerlərində dirəklərdən asılmış zəncirli metal toplardan istifadə edəcək. Qatarın hərəkətinə mane olmayan bu toplar sayəsində vaqonların üstündə insanların səyahət etməsi imkansız hala gəlib.

Dəmiryolu rəsmilərinin insan həyatına dəyər verdiyi üçün, yoxsa biletsiz səyahətin qarşısını almaq üçün bu addımı atdığı isə sosial mediada geniş müzakirə mövzusu olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar